YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Aqrar sahənin inkişafı respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır

«Postneft dövründə Azərbaycanın müəyyənləşdirdiyi prioritet inkişaf istiqamətlərindən biri aqrar sektorla bağlıdır. Ölkəmizdə dövlətin qeyri-neft sektorunun mühüm bir qolu kimi kənd təsərrüfatının üstün inkişafının təmin olunmasına güclü siyasi iradə nümayiş etdirməsi isə heç də təsadüfi deyil». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, belə bir strateji kursun seçilməsi ilk növbədə respublikamızın reallıqları ilə bağlıdır. Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib. Onun sözlərinə görə, əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır.

«Kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının ixrac bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün geniş əhatəli tədbirlərin görülməsi də bəhs olunan Strateji Yol Xəritəsi çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdən biridir. Yarımillik monitorinq və qiymətləndirmə hesabatında bildirildiyi kimi, cari ilin ilk altı ayında “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 5 ölkəyə - Almaniyaya, Əfqanıstana, Pakistana, Qazaxıstana, Qətərə ixrac missiyaları həyata keçirilib. Bundan başqa, hesabat dövrü ərzində Azərbaycan məhsullarının təbliği məqsədilə “Azərbaycan meyvələri” və “Azərbaycan meyvə şirələri” adlı reklam roliklərinin çəkilişlərinə başlanılıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində və Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində keçirilmiş “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı təmin edilib, Bolqarıstanın “Avropa 2001” jurnalında “Made in Azerbaijan” reklamı yerləşdirilıb. İxrac sənədlərinin əldə edilməsinə dəstək məqsədilə AZPROMO tərəfindən kənd təsərrüfatı, qida, yüngül və digər sahələrdə fəaliyyət göstərən 100-dən artıq yerli şirkətə dəstək göstərilib və zəruri informasiya verilib»- deyə, deputat vurğulayıb.