YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə XİN: Azərbaycanın icazəsi olmadan işğal altındakı torpaqlara səfər etmək beynəlxalq hüquqa ziddir

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) bu ölkə vətəndaşlarının Azərbaycanın işğal altında olan torpaqlarına səfər etmələri ilə bağlı açıqlama yayıb.

Açıqlama Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi saytına yerləşdirilib.

Nazirlik məsələ ilə bağlı 2017-ci il 29 sentyabr tarixli açıqlamasına əlavə olaraq qeyd edib ki, Türkiyə işğal altında olan torpaqlarımızın azad olunması üçün Azərbaycanla birlikdə fəaliyyət göstərməkdədir. Bildirilir ki, işğal altındakı torpaqlara Azərbaycanın icazəsi olmadan səfər etmək beynəlxalq hüquqa ziddir. Vətəndaşların diqqətinə çatdırılır ki, Azərbaycan tərəfi bu cür səfərlərin qarşısını almaq üçün qanunauyğun olaraq məhdudiyyətlər tələb edir. Odur ki, bu cür qanunsuz səfərlər edən Türkiyə vətəndaşları da həmin tələblərə əməl etməlidirlər. Qanuni tələblərə riayət etmək daha münasibdir.

Açıqlamada qeyd olunur ki, Türkiyə tərəfi qeyd olunan ərazilərə qanunsuz səfər edən vətəndaşları müdafiə etmək imkanında deyil.