YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır

«Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır». Bu fikri Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, artıq Azərbaycan dünyada nüfuzlu idman dövləti kimi özünü təsdiq edib. Onun sözlərinə görə, nüfuzlu beynəlxalq idman tədbirlərinin ölkəmizdə keçirilməsi də buna misaldır.

«Bugünlər Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyası keçirilir. Konvensiyanın açılışında dünya səviyyəli idmançılar, rəhbər şəxslər iştirak etdilər. Azərbaycan Prezidenti İlham Əliyev   təşkilatın nümayəndə heyətini də qəbul edib. Bu amil Azərbaycanın dünyada böyük imicə sahib olduğunu təsdiqləyir. Hesab edirəm ki, aparılan siyasət nəticəsində Azərbaycanın idman sahəsində uğurla daha da artacaq. Çünki dövlətimizin başçısı idmanın inkişafını daim xüsusi diqqət mərkəzində saxlayır»- deyə, A.Abiyev vurğulayıb.