YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın işğal edilmiş ərazilərində Dağlıq Qarabağdan olan ermənilərlə Ermənistandan çağırılan hərbçilər arasında qanlı insidentlər adi hala çevrilib

Azərbaycanın işğal edilmiş ərazilərindəki Ermənistan ordusunun dislokasiya olunan hərbi hissələrində Dağlıq Qarabağdan olan ermənilərlə Ermənistandan çağırılan hərbçilər arasında gərgin münasibətlər nəticəsində qanlı insidentlərin baş verməsi adi hala çevrilib.

Ermənistandan hərbi xidmətə çağırılan və zorla Qarabağ ərazisinə göndərilən hərbçilər tərəfindən vəzifə səlahiyyətlərinin aşılması və nizamnamədən kənar münasibətlər zəminində baş verən hadisələr zamanı mənəvi və fiziki işgəncələrə dözməyən Qarabağ ermənilərindən olan hərbçilər son çıxış yolunu silaha əl atmaqla ya özünə, ya da onu incidənə xəsarət yetirməkdə görürlər.

Sentyabrın 28-də baş verən daha bir qanlı insident nəticəsində ermənistanlı hərbi qulluqçu yaralanıb. Xocavənd rayonu ərazisində işğalçı ordunun postlarından birində şəxsi heyət arasında baş verən dava zamanı post başçısı əslən Ermənistanın Dilican rayonundan olan, 1998-ci il təvəllüdlü Seyran Sarkisyan əslən Qarabağ ermənisi olan xidmət yoldaşı tərəfindən açılan atəşlə başından yaralanıb.

S.Sarkisyan hospitala aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparmaq üçün qondarma “ordu”nun vəzifəli şəxsləri əraziyə gəliblər. Ermənistan Müdafiə Nazirliyi tərəfindən insidentin əsl səbəbi gizlədilərək, hadisənin guya “qarşı tərəfin atəşi nəticəsində baş verdiyi” bildirilir.