YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nokalas Suran: Status-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq

Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq.

Bu sözləri Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas Suran Prezident İlham Əliyevlə görüş zamanı bildirib.

Dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə çıxış edən Nokalas Suran deyib: “Məqsədimiz çox aydındır: beynəlxalq hüququn prinsiplərinə, xüsusən də hamımız üçün sarsılmaz olan Helsinki Yekun Aktına uyğun şəkildə məsələnin həllinə nail olmaq. Yəni, bildiyimiz kimi, güclə təhdid etməmək və ya ondan istifadə etməmək, dövlətlərin tam ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək həmin Aktın prinsipləridir. Bu baxımdan, tərəflər arasında ən yaxşı həll variantının tapılmasında qərəzsiz olmaqda Minsk qrupunun həmsədri kimi bizə arxalana bilərsiniz”.