YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanlı diplomat: Enerji mənbələrinin və təchizat yollarının şaxələndirilməsində Azərbaycanın oynadığı aparıcı rolu alqışlayırıq

Azərbaycanın yerləşdiyi region iki məqam baxımından bizim üçün çox vacibdir. Birincisi, Qara dəniz və Xəzər dənizi bölgəsində sabitlik, təhlükəsizlik və demokratiya məsələləri ilə bağlıdır. İkinci məqam isə fransız həmkarım və Sizin də qeyd etdiyiniz kimi, enerji və nəqliyyat dəhlizlərini nəzərdə tutur. Həqiqətən, Cənub Qaz Dəhlizi çox mühüm marşrutdur. Biz enerji mənbələrinin və təchizat yollarının şaxələndirilməsi üzərində birgə çalışırıq. Bu baxımdan, Azərbaycanın oynadığı aparıcı rolu alqışlayırıq.

Bu sözləri Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Bolqarıstandan olan səfiri Gergana Karadjova Prezident İlham Əliyevlə görüş zamanı bildirib.

Dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə çıxış edən Gergana Karadjova deyib: “Həmin layihənin başa çatdırılması mənim ölkəm və Avropa İttifaqının enerji təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Siz də qeyd etdiniz ki, 2020-ci ildən başlayaraq bu marşrutla enerji daşıyıcılarının nəqlinin reallaşması vacibdir. Körfəz ölkələrindən Qara dəniz regionuna multimodal daşımalar marşrutu da çox əhəmiyyətlidir. Bu baxımdan, Asiyadan Avropaya marşrutun qurulmasında geosiyasi çağırışların üstünlüklərə çevrilməsi məqsədəuyğundur. Əlbəttə ki, enerji məsələsi Avropa İttifaqının gündəliyində əsas yer tutur. Sədrimiz də qeyd etdi ki, Azərbaycanla münasibətlərimiz təkcə bununla məhdudlaşmalı deyil. Biz Avropa İttifaqı ilə yeni əhatəli sazişin razılaşdırılmasını çox alqışlayırıq. Ümid edirəm ki, sazişin mətni tezliklə yekunlaşdırılacaq”.