YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Sevindirici haldır ki, müəllim peşəsinin nüfuzu ilbəil artır

Sevindirici haldır ki, ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır.

Bunu təhsil naziri Mikayıl Cabbarov Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə ünvanladığı təbrikdə bildirib.

Nazir qeyd edib ki, müəllim peşəsinin ictimai nüfuzunun artdığını həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir: "Bu bizim gələcək hədəflərimizin əsas qaynağıdır. Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib. Bu baxımdan şərəfli missiya daşıyıcısı olan müəllim təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb. Elə buna görə də hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücünə bərabərdir".