YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bu gün güclü və qüdrətli müstəqil dövlətdir

“Uzun illərdir ki, biz müxtəlif tribunalardan öz haqq sözümüzü söyləyirik və biz sözdə yox, əməldə ədalətli reaksiya gözləyirik. Əfsuslar olsun ki, ölkəmizə qarşı tətbiq olunan ikili standartlar bu günün reallığıdır. Dünyada insan hüquqlarını qoruyan bir çox təşkilatlar fəaliyyət göstərir. Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir?” Bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində çıxışı zamanı səsləndirib.

Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib ki, Azərbaycan bu gün güclü və qüdrətli müstəqil dövlətdir: “Bizim müstəqil siyasətimiz var. Azərbaycan bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan dövlətdir. Bütün ölkədə geniş şəkildə quruculuq işləri aparılır. Bakının müasirləşməsi, paytaxtımızın gözəlliyi, təmizliyi, abadlığı barədə təkcə Azərbaycanda yox, xaricdə də danışırlar. Təkcə Bakı deyil, hər bir rayonda, hər bir regionda inkişaf gedir. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir, yollar salınır, qazlaşdırma aparılır, insanları narahat edən məsələlər aradan qaldırılır, yeni imkanlar açılır.”

DİGƏR xəbərlər Arxiv