YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilir

Oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, dilçi alimlər, Milli Məclisin deputatları, KİV-lərin rəhbərləri iştirak edirlər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı akademik Nizami Cəfərov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu məruzələrlə çıxış edəcəklər.

Konfransda mövzu ilə bağlı müzakirələr aparılacaq.