YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Milli Şura" terrorçuların azad edilməsini tələb edir

Özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qruplaşma oktyabrın 7-də növbəti mitinqə hazırlaşır.

Təbii ki, bu dəfə də guya “siyasi məhbus” olduğu iddia edilən bir neçə nəfərin azadlığa buraxılması tələb olunacaq. Bu yaxınlarda KİV-də yayılmış azadlığa buraxılması tələb edilən “dindar məhbuslar”ın siyahısında dövlətçilik əleyhinə fəaliyyət göstərmiş Taleh Bağırzadə kimiləri ilə yanaşı, Eldəniz Məmmədovun da adı var.

Bəs bu E.Məmmədov kimdir? Trend-in apardığı araşdırma nəticəsində məlum olub ki, sən demə, “azadlıq aşiqi” deyilən bu şəxs cəllad, əli qana bulaşmış biri imiş. Belə ki, həmin şəxs Vətəndən kənarda “müqəddəs torpaq” taparaq onun uğrunda İŞİD terror təşkilatının sıralarında döyüşmüş “Əbu Cihad” ləqəbli, 22.02.1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Eldəniz Lazım oğlu Məmmədovdur. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Maraqlıdır, “Milli Şura”nın bir terrorçuya azadlıq tələb etməkdə məqsədi nədir? Bəlkə məqsədləri terrorçuların azadlığa buraxılması ilə Azərbaycanı da XXI əsrin bu bəlasına sürükləməkdir? Bəlkə elə bu terrorçuların əli ilə hakimiyyəti qəsb etməkdir? Onlar üçün fərqi yoxdur: hansı yolla olur-olsun, təki hakimiyyətə gəlsinlər.

Yəqin bundan sonra bir qrup dindar da “Milli Şura”nın mitinqinə qatılmaqdan imtina edəcək. Özünə dindar deyən şəxs insanların qanına susamış bir terrorçunun azadlığa buraxılmasını tələb edən kütləyə qoşulmaz və qoşulmamalıdır.

Beləliklə, az qala, bütün cinayətkarları siyasi və dindar məhbus adlandıran Əli Kərimli və onun tərəfdarlarının əslində kimləri dəstəklədiyi bəyan olur.

Trend E.Məmmədovun İŞİD sıralarında döyüşdüyünü əks etdirən videogörüntünü təqdim edib.