YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: Bu gün Azərbaycan dövləti öz gücünə məcburi köçkünlərin sosial problemlərini həll edir

«Ermənistanın hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon insan isə öz torpağından qaçqın-köçkün vəziyyətinə düşüb. Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, ona görə də, həmin insanlar öz doğma yurdlarına qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxaraq onların qayğıları, problemləri ilə yaxından məşğul olur». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, bu gün Azərbaycan dövləti öz gücünə məcburi köçkünlərin sosial problemlərini həll edir. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir. Yəni, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Millət vəkili qeyd edib ki, Azərbaycanın Birinci-vitse-prezidenti Mehriban xanım Əliyeva da bu vəzifəyə təyin olunduqdan sonra bu məsələni diqqət mərkəzində saxlayır və onun keçirdiyi ilk müşavirə qaçqın və məcburi köçkünlərin həyat, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.

«Oktyabrın 5-də respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimi keçirildi. Mərasimdə Mehriban xanım Əliyevanın vurğuladığı kimi ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, yüzədək müasir yaşayış kompleksi inşa olunub. Bu komplekslər bütün zəruri infrastrukturla təmin edilib. Əlli min qaçqın və köçkün ailəsi, ümumilikdə 250 min insan yeni evlərə, yeni mənzillərə köçürülüb. Dörd yüz min qaçqın və köçkün yeni işlə təmin olunub. Ümumilikdə, dövlətimiz bu tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait xərcləyib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Bir sıra ərazilərdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələr salınır. Bütün görülən işlər dövlətimizin qaçqın və məcburi köçkünlərə qayğısının nümunəsidir. Milli Məclisdə təmsil etdiyim Laçın rayonundan olan seçicilərim də dövlətimizin qayğısından çox razıdırlar. Laçınlılar inanırlar ki, Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasətin nəticəsində doğma torpaqlarına qayıdacaqlar. Dövlətimizin məqsədyönlü siyasəti bizi həmin günlərə yaxınlaşdırır»- deyə, M.Abbaszadə vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv