YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Avropa İttifaqı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir

«Avropa İttifaqı Şurasnının nümayəndə heyətinin ölkəmizə səfəri Avropa İttifaqının  Azərbaycanın regionda yeri və rolunu yüksək qiymətləndirməsinin göstəricisidir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Aİ Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir. Onun sözlərinə görə, təşkilat gözəl anlayır ki, Avropanın enerjiyə olan tələbatı daha da artmaqadır. Ənənəvi enerji mənbələri ilə yanaşı Azərbaycan dövləti yeni alternativ enerji mənbəyi funksiyasını həyata keçirir.

«Aİ ilə münasibətlərimiz bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir. Burada hər bir tərəf fərqindədir ki, əlaqələr bu təmələ söykənərək inkişaf edə bilər. Brüssel və rəsmi Bakı arasında münasibətlər qeyd edilən istiqamətdə inkişaf tempinə malikdir. Prezident İlham Əliyevin nümayəndə heyəti idə görüşü zamanı Azərbaycanla Aİ-nin ikitərəfli münasibətlərinin geniş formatına dair məsələlər müzakirə olundu. Bu nöqteyi-nəzərdən bu səfər onu göstərir ki, bu gün Aİ Azərbaycanla əlaqələrə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin  dövlətimizin xarici siyasətində Aİ ilə münasiəbtlərin prioritet olduğunu xüsusi olaraq vurğulaması da böyük əhəmiyyət daşıyır»- deyə, deputat qeyd edib.