YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Türkiyə və Azərbaycanı müxtəlif sahələrdə əməkdaşlıq gözləyir

Türkiyə və Azərbaycanı gələcəkdə təkcə nəqliyyat və rabitə sektorunda yox, həm də sənaye və tikinti sahələrində sıx əməkdaşlıq gözləyir.

Bunu Trend-ə müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

O qeyd edib ki, hazırda ölkələr arasında regional əməkdaşlığı genişləndirə biləcək çoxlu layihələr mövcuddur: "Türkiyə bütün sahələrdə Azərbaycanla öz təcrübəsini bölüşməyə hazırdır. İqtisadi və ticarət əlaqələrinin inkişafı məqsədilə ölkələr arasında çoxlu sazişlər imzalanıb".

Nazirin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında mədəniyyət və ənənə oxşarlığı ilə əlaqədar Azərbaycan bazarı türkiyəli investorlar üçün hər zaman cəlbedici olub: "Türkiyəli sahibkarlar Azərbaycanda telekommunikasiya, bankçılıq və sığorta, tikinti, təhsil, eləcə də neft sektoru kimi sahələrdə fəal iştirak edir. İndiyə qədər türkiyəli sahibkarlar Azərbaycanda ümumi dəyəri 11 milyard dollar olan 363 investisiya layihəsini həyata keçirib".

Ə.Arslan bildirib ki, bütün dünyaya Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin səviyyəsi məlumdur: "Bakı-Tbilisi-Qars dəmir yolunun, Qarsda logistika mərkəzinin istismara verilməsi, Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi, Naxçıvan Muxtar Respublikası ilə Qars və İğdır vilayətləri arasında sərhədyanı ticarətin həyata keçirilməsi imkanı Bakı ilə Ankara arasında münasibətləri daha da möhkəmləndirəcək".