YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atılır

«Ölkəmizin iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamaqdadır». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, hazırda dövlətin  iqtisadi siyasətinin əsas məqsədlərindən biri dünya iqtisadiyyatında baş verən mənfi  iqtisadi proseslərin təsirin qarşısını almaqdır. Onun sözlərinə görə, belə bir şəraitdə ölkədə  makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atılır.

«Həyata keçirilən tədbirlər Azərbaycanın bu hədəfə doğru uğurla getdiyini  göstərir. Bildiyiniz kimi 2016-cı ildən ölkəmizdə islahatların yeni mərhələsi başlayıb. Bu islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət edir. Bu islahatların uğurla reallaşmasına keçirilməsinə ölkəmizdə əvvəlki illərdə yaradılmış nəhəng maliyyə-iqtisadi potensial hesabına formalaşmış ehtiyatlar və mövcud ictimai-siyasi sabitlik etibarlı zəmin yaradır. Şübhəsiz ki, hazırda həyəta keçirilən qətiyyətli tədbirlər, islahatlar pesrpektivdə əhəmiyyətli nəticələr verəcək»- deyə, İ.Məmmədov qeyd edib.