YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: 9 ayın yekunları göstərir ki, Azərbaycanda dayanıqlı iqtisadi artım modeli artıq formalaşmaqdadır

«Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı 2017-ci il üçün əsas hədəfləri göstərmişdir. Bunlar makroiqtisadi sabitliyə nail olmaq, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı və sənaye istehsalını artırmaq, iqtisadiyyatın şaxələndirilməsini genişləndirmək, infrastruktur layihələrini başa çatdırmaq, ixracın həcmini artırmaq və valyuta ehtiyatlarını qoruyub saxlamaqdan ibarətdir». Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, 2017-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarının təhlili göstərir ki, keçən dövr ərzində bu hədəflərin hamısını nail olunub. Belə ki, ölkədə makroiqtiqtisadi sabitlik artıq bərpa edilib, əhalinin manata etibarı artır. Bu dövr ərzində əhalinin banklara manatla yerləşdirdiyi əmanətlərin həcmi 26.4% artmışdır.

Millət vəkili deyib ki, 9 ay ərzində ölkədə 226 000 yeni iş yerləri açılmış, özünü məşğulluqla bağlı əsaslı işlər görülmüşdür. Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və sənayeçilərə göstərilən dəstək nəticəsində kənd təsürrüfatı istehsalı 2.8%, qeyr-neft sənayesi istehsalı isə 3.1% artmışdır. Yeni aqroparklar və sənaye məhəlləsi yaradılmışdır. 100-dən çox məktəb, 27 tibb ocaqları tikilmiş, bərpa edilmiş, regionlarda avtomobil yolları xətləri, qazlaşdırma və elektrik xətlərini çəkilməsi layihələri icra edilmişdir.

«Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işlər başa çatdırılmışdır. İxracın həcmi ötən dövr ərzində 35.8% artmış, ixracın strukturunda şaxələndirmənin miqyası genişlənmiş, hər istiqamət üzrə isə artım qeydə alınmışdır. Keçən dövr ərzində valyuta ehtiyatları nəinki qorunub saxlanmış, həttə artıralaraq 42 mlrd dollara çatmışdır. Qeyd etmək lazımdır ki, qonşu ölkələrin bir çoxunda valyuta ehtiyatı fondları tükənmək üzrədir. İstehsalın artımı, ixracın genişləndirilməsi və doğru pul-kredit siyasətinin aparılması valyuta ehtiyatlarının artıma səbəb olan amillərdəndir. 2017-ci ilin 9 ayının yekunları göstərir ki, Azərbaycanda dayanıqlı iqtisadi artım modeli artıq formalaşmaqdadır. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan dərin islahatlar bütün sahələrdə öz müsbət təsirini göstərməyə başlamışdır. Bu nəticələr həm də ölkəmizin beynəlxalq reytinqlərdə öz mövqelərinin yaxşılaşmasına təsirini göstərir. Əldə edilən iqtisadi nəticələr onu deməyə imkan verir ki, 2017-ci il dayanıqlı iqtisadiyyatın formalaşması yönümündə əsas başlangıc ili olacaqdır»- deyə, T.Mirkişili vurğulayıb.