YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Kənd təsərrüfatının inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət strategiyasının əsas tərkib hissələrindən biridir

«Kənd təsərrüfatının  inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət strategiyasının əsas tərkib hissələrindən biridir. 2016-cı ildən etibarən ölkədə kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və digər sahələr üzrə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb». Bu fikirləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki,  Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın da əsas məqsədi ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və beləliklə, ölkədə tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir. Onun sözlərinə görə, 2021-ci ilədək tütün əkini sahələrinin 6 min hektara, hər hektardan orta məhsuldarlıq 20 sentner olmaqla, tütün istehsalının isə 12 min tona çatdırılması qarşıya hədəf qoyulub.

«Proqramda nəzərdə tutulan tədbirlərdən biri də tütün istehsalçıları birliyinin yaradılmasıdır. Belə birliyin yaradılması respublikamızda tütünçülüyün inkişafına öz töhfəsini verəcək»- deyə, nazir müavini vurğulayıb.