YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: İkinci Şopinq Festivalında 111 müəssisə tərəfdaş qismində çıxış edəcək

Əgər Birinci Şopinq Festivalında tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, budəfəki festivalda 111 olacaq. Bu da üç dəfə artım deməkdir.

Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İkinci Şopinq festivalı ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, Birinci Şopinq Festivalında əlavə dəyər vergisini cəmi 72 şirkət qaytarıb. Budəfəki festivalda isə 467 müəssisənin əlavə dəyər vergisini qaytarması nəzərdə tutulur. Payız aylarında keçiriləcək festivala ümumilikdə 578 müəssisə qatılacaq. Qaydalar necə var elə də qalacaq. Turistlərin sayının artımı ilə əlaqədar nağdsız ödəmələr 93 faiz artaraq 703 milyon manat olub. Nağdsız ödənişlərin stimullaşdırılması olduqca önəmlidir.

Qeyd edilib ki, festival çərçivəsində xüsusi mükafatlar təsis ediləcək. Bu da alış-verişin əhəmiyyətini artıracaq. “Gələcəkdə keçiriləcək növbəti festivallarda ölkəmizə gələcək turistlər üçün xüsusi imtiyaz kartının hazırlanması da nəzərdə tutulur”, - deyə Ə.Qarayev diqqətə çatdırıb.