YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Xocalı hadisələrinə vaxtında hüquqi qiymət verilsəydi, bu gün İŞİD kimi terror qrupu da olmazdı

İnsanlığa qarşı cinayətlər tarixboyu baş verib və təəssüflər olsun bu gündə baş verir. Hər müharibənin və münaqişənin öz dəhşətli itkilərlə dolu tarixi var. Azərbaycan da belə faciəvi tarix yaşayıb.

Bu fikri AŞPA-da “İŞİD tərəfindən həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin, yaxud mümkün soyqırımlarının təhqiqatı və cəzalandırılması” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, yüzlərlə dinc sakinin qəddarlıqla öldürülməsi Azərbaycan ərazisində ermənilərin törədikləri ən qanlı cinayətlərdəndir. Ötən əsrin sonlarında 613 günahsiz insan məhz azərbaycanlı olduqları üçün amansızlıqla qətlə yetirilib. Ermənilər tərəfindən törədilmiş qırğın, insanların işgəncələrlə öldürülməsi, cəsədləri üzərində təhqiramiz həqarətlər edilməsi beynəlxalq media tərəfindən sənədləşib. Bəlkə də Xocalı hadisələrinə vaxtında düzgün hüquqi qiymət verilsəydi, dünya ictimaiyyəti siyasi məsələlərlə yanaşı, insanlıq məsələlərinə də kifayət qədər diqqət yetirsəydi, onda cinayətkar olduğunu etiraf edən Ermənistan prezidenti vaxtında cəzalandırılardı və bu gün İŞİD kimi terror qrupu olmazdı.

“Hər gün İŞİD tərəfindən çəkilmiş və media vasitəsilə yayımlanan videolara artıq alışmışıq. Bu videolarda qətllərin yeni formaları, qatil qismində kiçik uşaqların çıxış etməsini, onların əsgər kimi fəaliyyət göstərməsini görürük. İŞİD qadınlara və uşaqlara qarşı dəhşətli zorakılıq aktları tətbiq edərək, özünü İslam təşkilatı kimi təqdim edir. Lakin onların fəaliyyəti heç də əsl İslama aid deyil.

S.Fətəliyeva vurğulayıb ki, dünya ictimaiyyəti bu hadisələrə lazımi qiymət vermir. Bu gün dünya ictimaiyyəti daha çox hərbi məsələlərlə -hücumlarla, hava bombardmanları ilə, partlayışlarla maraqlanır, ancaq qadınlara və uşaqlara qarşı qəddar zorakılıq, onların istismarı, qula çevrilməsi yalnız müzakirə olunub qınanır.

“Baş verənlərə susmamalıyıq, dərhal reaksiya verib ciddi addımlar atmalıyıq. Əks halda, soyqırımlar, qadın və uşaqların müharibə silahı kimi istifadə olması müharibənin tərkib hissəsinə çevriləcək və bunun qarşısını heç bir qanun, heç bir konvensiya ala bilməyəcək”, -deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.