YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 17-də Özbəkistana səfərə gedəcək.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, səfərin məqsədi Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsi ilə birlikdə oktyabrın 18-də Daşkənddə keçirəcəyi “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

Prezident İlham Əliyevin bu il elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda, Türkiyədə keçirilmiş beynəlxalq tədbirlərin ardınca Daşkənddə baş tutacaq “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin səfər çərçivəsində Buxara və Səmərqəndə getməsi də planlaşdırılır.

Səfər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin və Azərbaycan nümayəndə heyətinin Özbəkistanın rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.