YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qəbələ rayon təşkilatının IX konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının IX konfransı keçirildi. Konfransdan əvvəl qonaqlar və konfrans nümayəndələri Qəbələnin mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad etdilər.

Qafqaz-Resort otelinin iclas zalında keçirilən konfransda 280 nəfər nümayəndədən 275 nəfəri iştirak edirdi. Konfransda Milli Məclisin üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə iştirak edirdi.

Konfrans iştirakçıları partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və həyatdan köçmüş partiya üzvlərinin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov ötən dövr ərzində partiyanın gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış etdi.

Nəzarət-təftiş qurupunun sədri Vüqar Hüseynovun hesabatı dinlənildi. Konfransda məruzə ətrafında Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, rayon təşkilatının Qadınlar şurasının sədri Arifə Bayramova, rayon təşkilatının Gənclər Birliyinin sədri Namiq Ağayev, Otelçilik və Peşə Tədris Mərkəzinin müəllimi Reyhan Məmmədova çıxış etdilər.

Konfransda YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə çıxış edərək partiyanın keçdiyi şanlı tarixi yoldan, Ümummilli Lider Heydər Əliyevin partiyaya rəhbərlik illərindən, onun ölkə rəhbəri seçildikdən sonra respublikada görülən işlərdən, möhtərəm Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdən danışdı. Eyni zamanda konfransda çıxış edən Milli Məclisin üzvü, Respublika Ağsaqqallar şurasının sədri Fəttah Heydərov YAP-ın yarandığı illərdə ölkədə olan siyasi və iqtisadi böhran vəziyyətdən danışdı, hazırda Yeni Azərbaycan Partiyasının respublikada böyük nüfuzunun olduğunu qeyd etdi, konfransın işinə uğurlar arzuladı.

Konfransda həmçinin, təşkilatı məsələlərə baxıldı. Təşkilatı 45 nəfərdən ibarət şurası, 15 nəfər tərkibdə idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi.

Ağasəfov Abil Adil oğlu yenidən YAP Qəbələ rayon təşkilatının sədri seçildi.

Soltanov Fəxri Elxan oğlu və Tağıyev Elçin İsa oğlu sədrin müavinləri seçildilər.

Konfransın yekununda partiya sıralarına qəbul olan şəxslərə üzvlük vəsiqələri təqdim edildi.