YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Cinayət Məcəlləsi Azərbaycanın cəza siyasətinə uyğunlaşdırılıb

«Hər bir dövlətin özünün cəza hüquq siyasəti var. Azərbaycanın Cinayət Məcəlləsində bəzi cinayətlərə görə cəzalar hüquq siyasəti ilə uyğunluq təşkil etmirdi». Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev cari ilin fevral ayında sərəncam verməklə ölkəmizdə cəzaların humanistləşdirilməsi ilə bağlı mühüm addım atdı.

«Beləliklə də, ölkəmizdə mövcud olan Cinayət Məcəlləsi Azərbaycanın cəza siyasətinə uyğunlaşdırılıb»- deyə, birinci vitse-spiker vurğulayıb”.