YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi istiqamətində vacib addımlar atılır

«Son dövrlər Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi istiqamətində vacib addımlar atılır». Bu fikri iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayev bildirib ki, investisiyaların təşviqi sahəsində də həyata keçirilən tədbirlər önəmlidir.

«İxraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində və  ixrac imkanlarının artırılmasında böyük əhəmiyyəti var. Ümumiyyətlə, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Bu baxımdan, ixrac imkanlarının daha da artırılması baxımından böyük imkanlar var»- nazir müavini vurğulayıb.