YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Famil Mustafayev: Peşə təhsili iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün ölkəmizdə prioritet sahə elan edilib

«Peşə təhsili iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün ölkəmizdə prioritet sahə elan edilib». Bu fikri Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.

F.Mustafayev bildirib ki, Azərbaycanda peşə təhsili və təliminə dair Strateji Yol Xəritəsi bu sahəyə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla müasir tələblərə cavab verən və ölkənin reallıqlarına uyğun peşə təhsilinin qurulmasını özündə əks etdirir.

«İslahatların uğurlu icrasını təmin etmək, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını sürətləndirmək məqsədilə maraqlı tərəflərin bu işə cəlb edilməsi, onların öhdəlik və maraqlarının müəyyənləşdirilməsi üzrə məsləhətləşmələr çərçivəsində ölkəmizdə ilk dəfə peşə təhsili haqqında qanun layihəsinin ilkin versiyası Milli Məclisin Elm və təhsil komitəsində hazırlanıb. Bakı, Gəncə və Qəbələ şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması, dövlət peşə təhsil mərkəzlərinin yaradılması, işgötürənlərlə sıx əlaqələrin qurulması, məzmunun müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılması və digər məsələlər bu sahədə son illər həyata keçirilən islahatların bir hissəsidir. Bu işlər məzunların məşğulluğunun təmin edilməsi üçün geniş imkanlar yaradır»- deyə, F.Mustafayev qeyd edib.