YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın yaranmasının 25-ci ildönümü ilə əlaqədar Tərtərdə yaşıllaşdırma aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ilə əlaqədar Tərtərdə yaşıllaşdırma aksiyası keçirilib. YAP Tərtər rayon təşkilatı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada rayonun idarə, müəssisə və təşkilatlarından yüzlərlə fəal YAP üzvləri iştirak ediblər.

Rayonun Şıxarx avtomagistralı istiqamətində yaşıllaşdırma aksiyası çərçivəsində 3 mindən artıq müxtəlif növ ağac əkilib. Rayon ərazisində müxtəlif növ ağac və yaşıllaşdırma bitkilərinin əkilməsi davam etdirilir.