YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Orelia Buşez: Bakıda şopinq festivalının keçirilməsini möhtəşəm ideya hesab edirəm

Bakı Şopinq Festivalından yararlanaraq hər həftəsonu alış-veriş edirəm. Bakıda belə bir festivalın keçirilməsini möhtəşəm ideya hesab edirəm.

Bu sözləri festivalın saytına Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez deyib.

“Həm azərbaycanlılar, həm də turistlər mağazalardan istədikləri hər şeyi tapa bilərlər. Çünki mağazalarda geyimdən tutmuş digər vacib mallara qədər hər şey var. Festival çərçivəsində ölkəyə səfər edən turistlərin sayının artacağına əminəm. Bu gün Azərbaycana kifayət qədər turist gəlir. Bakı Şopinq Festivalı da indiyədək buraya baş çəkməyənlərə Azərbaycana səfər etmək üçün əlavə stimul verəcək. Bakının xüsusi cəlbedici qüvvəsi – müxtəlif dövrlərə təsadüf edən gözəl memarlığı, landşaftı – Xəzərin sahili var. Düşünürəm ki, festivalı bu möhtəşəmliklə birgə əcnəbilərə təqdim etməklə, addım-addım həm şopinqin uğurlu keçməsinə, həm də Bakının tanıdılmasına nail olmaq lazımdır”,- deyə səfir bildirib.

 

DİGƏR Xəbərlər Arxiv