YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanın şaxələndirilmiş iqtisadi siyasəti öz bəhrələrini verməkdədir

«Ötən dövrdə Azərbaycanda iqtisadi və sosial inkişaf təmin olunub. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi də  cənab Prezidentin apardığı siyasətin doğruluğunu bir daha təsdiq edir». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin məqsədi Azərbaycanın sosial-iqtisadi inkişafını yeni dövrün tələblərinə uyğun olaraq qurmaq, ölkəmizi çiçəklənən sosial rifah dövlətinə çevirməkdir. Bu hədəflərə çatmaq üçün zəruri tədbirlər həyata keçirilir.

«Dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanın iqtisadi sahədə uğurları böyükdür. Bu gün neftin qiyməti aşağı düşsə də, Azərbaycanın şaxələndirilmiş iqtisadi siyasəti öz bəhrələrini verməkdədir. Bu ilin 9 ayı ərzində əldə olunan nəticələr də bunu deməyə əsas verir. Eyni zamanda əhalinin sağlamlığına yönələn yeni layihələrin həyata keçirilməsi onu göstərir ki, dövlətin bu yöndəki siyasəti əhəmiyyətli nəticələr verməkdədir»- deyə, M.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv