YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uelsdə NATO sammiti öz işinə başlayır

Bu gün Uelsdə NATO-nun sammiti öz işinə başlayır.

NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət başçılarının qatılacağı ikigünlük sammitdə cari və gələcək təhlükəsizlik çağırışlarına dair qərarlar qəbul ediləcək.

Sammitin gündəliyinin əsas mövzuları Ukraynada baş verən hadisələr, Yaxın Şərqdə və Şimali Afrikada artmaqda davam edən ekstremizm və məzhəb qarşıdurmaları olacaq. /Trend/

Sammit Əfqanıstana dair iclasın keçirilməsi ilə başlayacaq. Belə ki, NATO bu il Əfqanıstanda hərbi missiyasını başa çatdırır. Dövlət başçıları ISAF missiyasının əldə etdiyi nailiyyətləri və NATO-nun 2014-cü ildən sonra da Əfqanıstana dəstəyini müzakirə edəcəklər.

BMT və Avropa İttifaqından olan yüksək vəzifəli şəxslərlə yanaşı, sammitə ISAF-da iştirak edən ölkələrin, Əfqanıstan və Yaponiyanın dövlət başçıları da qatılacaq.

NATO sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

 

 

DİGƏR Xəbərlər Arxiv