YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycan dövləti əhalinin rifah halının yaxşılaşdırılması üçün lazımi islahatları davam etdirmək iradəsinə malikdir

«İqtisadi inkişaf strategiyası yeni mərhələdə də sosialyönümlü olması ilə fərqlənir. İnkişafa xidmət edən sosial-iqtisadi kursun əsasında vətəndaşların rifah halının yükdəldilməsi, bütün sosial layihələrin tam həcmdə yerinə yetirilməsi dayanır». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycanda sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Onun sözlərinə görə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan dövləti əhalinin rifah halının yaxşılaşdırılması üçün lazımi islahatları davam etdirmək iradəsinə malikdir.

«Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütövlükdə, Azərbaycanın yeni şəraitdə iqtisadi inkişaf kursu sosial məzmunludur. Başqa sözlə, yeni iqtisadi kursun fonunda əsas götürülən başlıca prinsiplərdən biri sosial məsuliyyətdir. Bu, o deməkdir ki, qarşıdakı dövrdə də qəbul və icra olunan hər bir qərarın, həyata keçirilən bütün tədbirlərin əsasında Azərbaycan vətəndaşı dayanacaq»- deyə, komitə sədri vurğulayıb.