YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elxan Süleymanov: Azərbaycan ədalətli və doğru yolundan geri çəkilməyəcək

«Beynəlxalq təşkilatlar, o cümlədən AŞPA-da bəzi qüvvələr  beynəlxalq ictimaiyyəti Azərbaycanın torpaqlarının işğalı ilə bağlı davam etməkdə olan ədalətsizlikdən yayındırmaq üçün müxtəlif yollara əl atır. Belə ki, onlar  biri davamlı olaraq məqsədli və qərəzli şəkildə Azərbaycanın insan hüquqları və azadlıqları geniş şəkildə pozan anti-demokratik ölkə imicini formalaşdırmağa çalışırlar». Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov deyib.

E.Süleymanov bildirib ki, AŞ-da və beynəlxalq təşkilatlarda Azərbaycana qarşı bu kimi davamlı kampaniyanın bir əsas məqsədi var. Onun sözlərinə görə, bu məqsəd  Ermənistan tərəfindən 1 milyon Azərbaycan vətəndaşının hüququnun kütləvi pozulmasını və onların öz evlərinə qayıdaraq təhlükəsiz yaşamaq hüquqlarının təmin olunmamasını beynəlxalq ictimaiyyət tərəfindən unudulmasına nail olmaqdan ibarətdir.

 «AŞPA bir neçə ay ərzində Sərsəng su anbanbarı barədə qətnamə təklifini ciddi şəkildə nəzərə alaraq vicdanlı əməkdaşlıq və yaxşı siyasi təcrübəni həqiqətən dəyərləndirdiyini sübüt edə bilər. Daha sonra isə, Assambleya Siyasi Məsələlər Komitəsinin növbəti məruzəsində Azərbaycan ərazilərinin qeyri-qanuni zəbt edilməsi məsələsinin AŞ üçün real və səmimi narahatlıq olduğunu sübut edə bilər. Lakin şübhəsiz, beynəlxalq ictimaiyyətə aydın olmalıdır ki, Azərbaycan bu ədalətli və doğru yolundan geri çəkilməyəcək. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktı ilə bağlı  ədalətsizliyə qarşı ədalətsiz mövqe tutan beynəlxalq qurumlarla siyasi mübarizə hələ irəlidədir»- deyə, E.Süleymanov qeyd edib.