YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət gücləndirilməlidir

Ölkədə dini təhsil "Dini etiqad azadlığı haqqında" qanunda göstərildiyi qaydada, mütləq ölkədə dini təhsil almış və səlahiyyət sahibləri tərəfindən aparılmalıdır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 4-də paytaxtın Sabunçu rayonunda dini icmaların nümayəndələri ilə keçirilən görüşdə deyib.

Görüşdə çıxış edən M.Qurbanlı son vaxtlar dünyada qeyri-ənənəvi cərəyanların din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışmasından və bundan siyasi məqsədləri üçün istifadə etmək cəhdindən söz açıb, belə halların qarşısının alınması məqsədilə dini icmaların fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini bildirib: "Milli adət-ənənələrimizin, dinimizin yad ünsürlərdən qorunması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. Azərbaycanda dövlət-din münasibətləri qanun vasitəsilə nizamlanır. Konstitusiyamızda dini azadlıqla bağlı müddəalar heç də dünyanın ən inkişaf etmiş ölkələrindəkindən geri qalmır. Bizim milli-mənəvi dəyərlərimiz arasında İslam dini xüsusi əhəmiyyətə malikdir və bu mütərəqqi dinin düzgün təbliği prioritet məsələlərdəndir".

Komitə sədri qeyd edib ki ki, hazırda Azərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədədir. Onun fikrincə, Prezident İlham Əliyevin qayğısı ilə ölkədə yeni məscidlərin tikilməsi, dini abidələrin bərpa olunması dövlətin dinə olan münasibətinin bariz nümunəsidir.