YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR oktyabrda Ceyhan limanından 1 milyon tondan çox xam neft ixrac edib

SOCAR 2017-ci ilin oktyabr ayında Novorossiysk limanından 84 min 975 ton, Supsa limanından 261 min 397 ton, Ceyhan limanından 1 milyon 201 min 812 ton xam neft ixrac edib.

SOCAR-dan bildirilib ki, ümumilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 242 min 679 ton, Supsa limanından 2 milyon 13 min 209 ton, Ceyhan limanından 13 milyon 955 min 348 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.