YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Prezidentlərin görüşü diplomatiyamızın uğurlu fəaliyyətinin konkret təzahürüdür

«Prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin Tehranda görüşü çoxşaxəli, çoxistiqamətli xarici siyasətimizi həyata keçirən  diplomatiyamızın uğurlu fəaliyyətinin konkret təzahürüdür». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət geniş və əhatəli olub, Azərbaycanı təkcə Şərq və Qərb arasında deyil, eyni zamanda Şimal və Cənub arasında qovşaq, şəbəkə ölkə halına gətirir, dövlətimizin rolunu artırır və mövqelərini möhkəmləndirir.

«Məhz bu əməkdaşlıq nəticəsində Şimal-Cənub dəmiryol xəttinin işə düşməsi böyük əhəmiyyət daşıyacaq, ölkəmizi Fars körfəzinə, Hind okeanına çıxaracaq və Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvanın da problemlərini həll etməyə yardımçı olacaq.  Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin iştirak etdiyi və ya  həyata keçirdiyi layihələr Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırır, millətimizin mənəvi-psixoloji ruhunu və özünəinam hissini yüksəldir»- deyə, deputat qeyd edib.