YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Srcan Darmanoviç: Azərbaycan Monteneqronun strateji tərəfdaşıdır

Azərbaycan Monteneqronun strateji tərəfdaşıdır. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə yaxşı əməkdaşlıq var. Lakin bu münasibətləri daha da inkişaf etdirməliyik. Əlaqələrimiz yüksək səviyyəli görüşlərdə və qarşılıqlı anlaşmalarda öz əksini tapıb. 2013-cü ildə dostluq və əməkdaşlıq razılaşmalarını imzalamışıq.

Bu fikirləri Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir Bakı–Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. “İnanıram ki, bu layihə ölkələrimiz arasındaki münasibətləri daha da sıxlaşdıracaq”, - deyə o qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Srcan Darmanoviç Monteneqronun problemin beynəlxalq hüquq normaları əsasında təmin edilməsinin tərəfdarı olduğunu vurğulayıb.