YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistan işğalçı siyasətinə son qoymayınca bütün regional layihələrdən kənarda qalacaq

«İşğalçılıq siyasəti nəticəsində Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib. Bu ölkə  bütün regional layihələrdən kənarda qalıb». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda bir sıra mühüm irimiqyaslı nəqliyyat və enerji layihələri həyata keçirilib. Onun sözlərinə görə, bir neçə gün öncə açılışı gerçəkləşən  Bakı-Tbilisi-Qars dəmir yolu xətti tarixi və strateji önəm kəsb edir.

«Bu bu dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Ermənistan istisna olmaqla bütün region dövlətləri bu layihədən bəhrələnəcək. Çünki Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətindən əl çəkmək istəmir. Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi qeyri-mümkündür. Azərbaycan dövləti bu mövqeyini dəfələrlə bəyan edib»-deyə, deputat qeyd edib.