YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xızı rayon təşkilatının VIII konfransı keçirilib

Yeni  Azərbaycan  Partiyası Xızı   rayon  təşkilatının  VIII  konfransı  keçirilib.

Konfransda "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili  Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Xızı  rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov iştirak ediblər.

Tədbirdən əvvəl konfrans  iştirakçıları Xızı şəhərində yerləşən Ulu  öndər  Heydər  Əliyevin  adına  parkda xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Xızı şəhər Heydər  Əliyev  Mərkəzində  davam edən konfransı giriş sözü ilə açan YAP Xız rayon təşkilatının sədri Fərrux  Haqverdiyev  gündəliyə uyğun olaraq VII konfransdan ötən dövr ərzində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi inkişaf yolundan danışan Fərrux Haqverdiyev YAP Xızı rayon təşkilatının 1993-cü ilin fevralın 26-da yaradıldığını diqqətə çatdırıb. Partiya rayon təşkilatının sıralarının günü-gündən genişləndiyini deyən F.Haqverdiyev vurğulayıb ki, hazırda YAP Xızı rayon təşkilatının 40 ərazi ilk partiya təşkilatında 1861 nəfər  üzv fəaliyət göstərir.

Konfransda çıxış edən YAP Xızı rayon təşkilatı nəzarət təftiş qrupunun rəhbəri Bəşir Mürsəlov, YAP Xızı rayon təşkilatı Qadınlar Şurasının sədri Jalə Süleymanova və YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin üzvü İman  Ağayev partiya rayon təşkilatının fəaliyyətindən söz açıblar.

Çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu tədbir iştirakçılarını YAP-ın yaranmasının 25 illiyi münasibətilə təbrik edib. YAP-ın ölkəmizin siyasi, iqtisadi, ictimai həyatında mühüm rol oynadığını deyən millət vəkilinin sözlərinə görə, partiyamız sıralarında 700 mindən artıq insanı birləşdirir ki, bu da çox möhtəşəm qüvvədir.

Çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev YAP-ın yaranmasını zərurətdən doğan amil kimi dəyərləndirib. O bildirib ki, YAP ölkəmizin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib.

Daha sonra çıxış edən Xızı rayon İcra  Hakimiyyətinin başçısı  Xəzər Aslanov YAP-ın ölkənin siyasi həyatında əvəzolunmaz rolundan bəhs edərək bildirib ki, Ulu öndərin rəhbərliyi ilə yaradılan partiya hər zaman milli maraqlarımızın keşiyində dayanıb. Sevindirici haldır ki, bu uğurlu siyasət dahi liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. 

Konfransda təşkilati məsələlər baxılıb və Fərrux Haqverdiyev yenidən YAP Xızı  rayon təşkilatının sədri seçilib. Bundan başqa, konfransda sədr müavinləri, 9 nəfərdən ibarət idarə heyəti, 19 nəfərdən ibarət şura və 5 nəfərdən ibarət nəzarət təftiş qrupunun üzvləri seçiliblər.

Konfransda YAP Xızı rayon təşkilatı tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etdiyinə və rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəalına Fəxri Fərmanlar, partiyaya yeni üzv olan şəxslərə isə partiya vəsiqələri təqdim olunub.