YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə Ağcabədidə tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Ağcabədidə silsilə tədbirlər davam edir. Bu silsilədən növbəti tədbir isə YAP Ağcabədi rayon təşkilatının Ağcabədi Pedaqoji Kolleci ərazi ilk təşkilatında keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin kollecin foyesində qoyulmuş abidəsi önünə tər çiçək dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər. 

Tədbiri giriş sözü ilə kollecin direktoru, ərazi ilk təşkilatın idarə heyətinin üzvü Mirələm İbrahimli açıb.
Sonra çıxış edən Pedaqoji Kollec ərazi ilk təşkilatının sədri Rövşən Bayramov deyib ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində şərəfli inkişaf yolu keçib. Onun sözlərinə görə, ümumxalq partiyası olan YAP Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. 
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Röyalə Hümbətova və başqaları Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı rol barədə fikirlərini bölüşüblər.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov YAP-ın yaranma zərurətindən, partiyamızın keçdiyi şərəfli yoldan, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından, Ulu öndərin müstəqil dövlətimizin inkişaf yoluna çıxarılması sahəsində gərgin fəaliyyətindən ətraflı danışıb. 
Rövşən Əhmədov Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkənin tarixində yeni mərhələnin başlandığını deyib. Natiq həmçinin bildirib ki, bu gün öz sıralarında 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilib. 
Rövşən Əhmədov çıxışında YAP-ın qabaqcıl təşkilatlarından biri olan Ağcabədi rayon təşkilatının yaranması və fəaliyyəti barədə də məlumat verib, həmçinin Ağcabədi Pedaqoji Kolleci ərazi ilk təşkilatının rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini, bu təşkilatda partiya işinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib, həmçinin YAP-ın yaranmasının 25-ci ildönümünə həsr olunmuş film nümayiş etdirilib.
Tədbir Pedaqoji Kollec tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya və konsert proqramı ilə davam edib.