YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Azərbaycan sosial-iqtisadi cəhətdən davamlı olaraq inkişaf edir

«Azərbaycan sosial-iqtisadi cəhətdən davamlı olaraq inkişaf edir». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bu uğurların əsasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması dayanır. Onun sözlərinə görə, ölkəmizdə bütün sferalar üzrə inkişafın mükəmməl hüquqi bazası yaradılıb.

«Bu baza əsasında da ölkəmiz inkişaf edir. Hazırda ölkəmizdə islahatların yeni mərhələsi həyata keçirilir. Bu islahatlar Azərbaycanın yeni uğurlarının əsasını təşkil edəcək»- deyə, İ.Məmmədov vurğulayıb.