YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanlı deputat: Ermənistan-Azərbaycan münaqişəsinin həlli regionda sülhün bərqərar olması üçün çox önəmlidir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sülhün bərqərar olması və təhlükəsizlik üçün olduqca önəmlidir.

Bu fikri məxsusi açıqlamasında Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Tamara Xulordava deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi, ümumilikdə Cənubi Qafqaz və Avropa İttifaqı da daxil olmaqla bütün qonşu regionlar üçün təhlükədir.

Gürcüstanın qonşu ölkələrdəki vəziyyəti diqqətlə izlədiyini deyən deputat bildirib ki, digər münaqişələrdə olduğu kimi Dağlıq Qarabağ münaqişəsi də ilk növbədə ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, beynəlxalq hüququn irəli sürdüyü ən vacib şərtlərdən biridir.

“Hamımıza regionda sülh lazımdır. İnanıram ki, Dağlıq Qarabağ münaqişəsi sülh və danışıqlar yolu ilə həll ediləcək”,- deyə T.Xuroldava vurğulayıb.