YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Business & Diplomacy” jurnalının növbəti tədbiri Azərbaycana həsr olunub

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “Business & Diplomacy” jurnalının “Səfirlə söhbət” silsiləsindən sayca beşinci olan növbəti tədbirinin qonağı olub.

Sözügedən jurnalda tədbir haqqında məqalə dərc olunub.

Məqalədə bildirilir ki, “iqtisadi məkan, Avropa və Asiyanın qovşağı və “Odlar diyarı” olan Azərbaycan” “Business & Diplomacy” jurnalının “Səfirlə söhbət” silsiləsindən sayca beşinci olan növbəti tədbirinin mövzusu olub və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirin qonağı olub.

Qeyd edilir ki, çoxsaylı iştirakçının qatıldığı tədbirdə, o cümlədən xarici səfirlər, alman və Azərbaycan jurnalistləri, Almaniyanın böyük şirkətlərinin nümayəndələri iştirak ediblər.

Məqalədə Azərbaycanın ərazisi, əhalisi, coğrafi yerləşməsi və paytaxtı barədə məlumat verilir. Qeyd edilir ki, YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” turistləri qədim Şərqə apardığı halda, bütövlükdə Bakı özünün müasir göydələnləri ilə inkişaf edən dünya metropoliyasıdır.

Məlumat verilir ki, Ramin Həsənov “Səfirlə söhbət” çərçivəsində “Əsrin müqaviləsi”nin tarixi önəmindən, Azərbaycanın Qərb şirkətləri ilə əməkdaşlığından, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən, eləcə də Qərbə doğru yönəlmiş boru kəmərlərinin reallaşmasından danışıb. Səfir Bakı-Tbilisi-Ceyhan kəmərinin önəmindən söhbət açıb. Məqalədə bu kəmərlə gündə bir milyon barel neftin nəql edilməsinin mümkün olduğu qeyd edilir.

Bildirilir ki, səfir Azərbaycanın növbəti qlobal əhəmiyyət daşıyan layihəsinin Cənub Qaz Dəhlizi olduğunu bildirib və onun haqqında ətraflı məlumat verib. O diqqətə çatdırıb ki, ümumi uzunluğu 3500 kilometr olacaq layihə yeddi ölkəni əhatə edir və bu kəmərlə Azərbaycan qazı Avropaya ixrac olunacaq. Məqalədə Cənub Qaz Dəhlizi Azərbaycan və Avropa Komissiyasının birgə təşəbbüsü adlandırılır və bunun Avropanın enerji təhlükəsizliyində və enerji təchizatının şaxələndirilməsində əhəmiyyəti vurğulanır. Qeyd olunur ki, səfir layihənin bütün iştirakçılarının onun icrasını vaxtında yerinə yetirməyə çalışdığını bildirib.

Neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri barədə verilmiş suala cavabında səfir bunun Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini daha da gücləndirdiyini, ölkəmizin informasiya texnologiyaları, nəqliyyat və logistika sahələrinin inkişafına üstünlük verdiyini qeyd edib. O, Azərbaycanın Avropa və Asiyanın qovşağındakı mövqeyindən yararlanmağa çalışdığını, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin və Bakıda yeni dəniz limanının yaradılmasının bunun nümunəsi olduğunu bildirib.

Ramin Həsənov əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olduğu Azərbaycanın dünyəvi ölkə olduğunu, burada digər dinlərə və məzhəblərə tolerantlıqla yanaşıldığını qeyd edib.

Azərbaycanın terrora qarşı beynəlxalq mübarizədə etibarlı tərəfdaş olduğunu bildirən səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq əsasında həll oluna biləcəyini vurğulayıb.

Məqalədə səfirin Azərbaycan-Almaniya münasibətləri haqda fikirləri yer alır. O, vurğulayıb ki, iki ölkə arasında münasibətlər 200 illik birgə tarixə söykənir və hazırda çox yüksək səviyyədədir. Ramin Həsənov Azərbaycanın Almaniyanın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşı və onu neftlə təchiz edən ölkələr sırasında altıncı yerdə olduğunu qeyd edib. O, həmçinin alman dilinin Azərbaycanda populyar xarici dil olduğunu da bildirib.

 

DİGƏR Xəbərlər Arxiv