YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Azərbaycanla Türkiyənin strateji əməkdaşlığı beynəlxalq müstəvidə daha böyük əhəmiyyət kəsb etməyə başlayır

«Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri qarşılıqlı münasibətlərdə yeni bir səhifə açır».  Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, belə səfərlərlə hər iki ölkənin münasibətlərində strateji hədəflər uğrunda əməkdaşlığın təməlləri möhkəmləndirilir. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə  təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirir.

«Hər iki ölkənin strateji əməkdaşlığı beynəlxalq müstəvidə daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Eyni zamanda, bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, münasibətlərimizin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik yaradır»- deyə, M.Qasımlı qeyd edib.