YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firudin Qurbanov: Dövlət rəmzləri tədris materiallarında geniş əks olunur

Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş şəkildə öz əksini tapır. Bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O qeyd edib ki, "Həyat bilgisi", "Tarix" və "Ədəbiyyat" dərsliklərində dövlət rəmzləri ilə bağlı geniş məlumatlar verilir.

Firudin Qurbanov əlavə edib ki, təhsilin bütün pillələrində, o cümlədən orta ixtisas və ali təhsil müəssisələrində dövlət rəmzlərinin tədrisinə xüsusi diqqət verilir: "Biz istəyirik ki, gənclər vətənpərvər ruhda tərbiyə olunsunlar. Bayrağımız dalğalananda onlar bunu qəlbləri ilə hiss etsinlər. Biz bunun üçün birgə çalışmalıyıq".