YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr inkişaf edir

Noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov bu səfərin Azərbaycan ilə Avropa İttifaqı arasında inkişafa töhfə verəcəyinə inandığını deyib. O bildirib ki, son vaxtlar Azərbaycanda Avropa İttifaqının nümayəndələri ilə tez-tez görüşlər keçirilir və bu görüşlər əlaqələrimizi daha da inkişaf etdirir.

Milli Məclisin sədri ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətdən, region, eləcə də Avropa üçün mühüm əhəmiyyət kəsb edən nəhəng enerji, nəqliyyat layihələrindən söz açıb.

Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold gələcəkdə belə görüşlərin davamlı olacağına ümid etdiyini deyib. O, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir. Bu gün əsas diqqət Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yönəldilməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.