YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Aprelin 28-də “ADA” Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans öz işinə başlamışdır.

Konfransın açılışında Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə çıxış etmişlər.

Bildirilmişdir ki, Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas, çar Rusiyasında birinci Dövlət Dumasının üzvü (1905), Azərbaycan Xalq Cümhuriyyətində xarici işlər naziri vəzifəsində işləmiş, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin dünya birliyi tərəfindən faktiki tanınmasında xüsusi xidmətləri olmuş Əlimərdan bəy Topçubaşova həsr edilmiş bu konfrans Topçubaşov irsinin daha dərindən öyrənilməsində mühüm rol oynayacaqdır.

Beynəlxalq konfrans işini “Topçubaşov diplomat və dövlət xadimi kimi” və “Topçubaşovun siyasi irsi və onun fəaliyyətinin milli dövlətçiliyə təsiri” mövzusunda panellərlə davam etdirəcəkdir.