YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü keçiriləcək

Sentyabrın 9-da Bakıda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşün əsas məqsədi Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammitindən sonra əldə olunmuş nailiyyətlər və əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Görüşdə Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirliklərinin rəhbər şəxsləri, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmid iştirak edəcəklər.