YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının yubileyi münasibətilə partiyanın Səbail rayon təşkilatı Cocuq Mərcanlıya səfər təşkil edib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın Səbail rayon təşkilatının və Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər təşkil olunub.

Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlıya səfərdə partiya fəallarından, o cümlədən rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrindən ibarət 90 nəfər iştirak edib.

Səfərin iştirakçıları əvvəlcə Fizuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşüblər.

Görüş zamanı aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin, həyatını itirmiş mülki şəxslərin və həmin hərbi hissənin 19 şəhid hərbi qulluqçusunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyini əsgərlərlə birlikdə qeyd etmək üçün Cocuq Mərcanlıya gələn YAP Səbail rayon təşkilatı nümayəndə heyətinə təşəkkürünü bildirən korpus komandirinin müavini, zabit Elşad Əbilov əlamətdar hadisə münasibətilə hər kəsi təbrik edib, şəxsi heyətin xidməti-döyüş hazırlığı barədə məlumat verib. Bildirib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi qüdrətini də gündən-günə artırır. Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Döyüş hazırlığına ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda istər quruda, istər havada, istərsə də dənizdə istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Sonra YAP Səbail rayon təşkilatının və rayon icra hakimiyyətinin adından hərbi hissəyə xatirə hədiyyələri təqdim olunub.

Bakı Bələdiyyə Teatrının hazırladığı səhnəciklər əsgər və zabitlərimizdə xoş ovqat yaradıb. Teatrın üzvləri əsgərlərlə birlikdə rəqs ediblər.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupuna fəxri fərmanlar verilib.

Cocuq Mərcanlıda şəhid Novruz Aslanov adına tam orta məktəbə gələn qonaqlar sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə maraqlanıb, müəllim və şagirdlərlə həmsöhbət olublar.

Məktəbə müxtəlif hədiyyələr və kompyuter dəsti təqdim edilib.

Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidlə tanışlıq da qonaqlarda unudulmaz təəssürat yaradıb.

Daha sonra nümayəndə heyəti Cocuq Mərcanlıda düşmənlə sərhəd postlarında növbə çəkən əsgərlərin şəraiti ilə yaxından tanış olublar.

 

DİGƏR Partiya xəbərləri Arxiv