YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə edilməlidir

Uşaqların sağlam və xoşbəxt böyüməsi hər zaman olduğu kimi bu gün də aktualdır. Lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, təkcə ölkənin deyil, həm də Cənubi Qafqazın ən tanınmış qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu uşaq məsələlərinə xüsusi diqqət ayırır: ""Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" - devizini irəli sürən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli işlər görür. Bizim digər əsas tərəfdaşımız isə BMT-nin Uşaq Fondudur. 25 ilə yaxındır əməkdaşlıq çərçivəsində biz uşaq hüquqlarının müdafiəsi ilə bağlı bir sıra aktual layihələr keçirmişik, ölkə üzrə proqramları qəbul edib, yerinə yetirmişik. Azərbaycanda BMT Uşaq Fondunun fəaliyyətə başlamasını ümummilli lider Heydər Əliyev yaxından dəstəkləyirdi. Bu gün isə ölkə başçısı İlham Əliyev tərəfindən bu əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetirilir. Uşaq Fondunun təşəbbüsləri hökumət tərəfindən daim dəstəklənir. Bu isə həm qanunvericilik bazasının təkmilləşdirilməsində, həm də maarifləndirmə işlərinin aparılmasında öz töfhəsini verir”.

H.Hüseynova uşaqların xalqımızın ən böyük və qiymətli sərvəti olduğunu da vurğulayıb: “Bizim sizinlə fəxr etməyə bir çox səbəblərimiz var, bir çoxunuz elmi olimpiadaların qalibisiniz, mötəbər idman yarışlarının çempionlarısınız, mədəniyyət sahəsində yüksək mükafatlar əldə edirsiniz. Vətənpərvərsiniz və milli adət-ənənələrimizə sadiqsiniz. Biz iqtisadi əlaqələri dağılmış ölkədən güclü, davamlı inkişaf edən ölkəyə çevrilmişik. Bir məsələni unutmaq olmaz ki, bütün bu uğurlar təkcə Ermənistanla davam edən müharibə və onun törətdiyi ağır fəsadların deyil, həm də bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətin fonunda həyata keçirilir. Belə bir çətin şəraitdə yetişməkdə olan gənc nəslimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə edilməlidir. Eyni zamanda, gündən-günə güclənən dövlətimizə yüksək ixtisaslı kadrlar, peşəkar mütəxəssislər lazımdır. Vətəni təkcə fiziki güclə deyil, həm də elmlə, savadla qorumaq, möhkəmdirmək lazımdır”.

 

 

DİGƏR Xəbərlər Arxiv