YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var

Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var. Bu gün keçirdiyimiz görüşdə bu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlıq genişlənir.