YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək siyasi qüvvə yoxdur

«Ötən 25 ildə şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında və yeni hədəflərin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərib. YAP bu cür ali məramlı fəaliyyəti və müstəsna əhəmiyyətə malik olan misilsiz xidmətləri ilə ümumxalq partiyasına çevrilib». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün insanların, eləcə də bütün xalqların partiyasıdır. YAP, həmçinin öz sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirən avanqard siyasi qüvvədir.

«Bu gün Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Təsadüfi deyil ki, YAP qələbələr partiyası kimi səciyyələndirilir. Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək siyasi qüvvə yoxdur və partiyamız öz sıralarını mütəmadi olaraq genişləndirir. Partiyamızın üzvləri bundan sonra da dövlətimizin qüdrətinin artmasına, müstəqilliyimizin möhkləmlənməsinə, dayanıqlı inkişafın davamlı xarakter daşımasına xidmət edən fəaliyyətlərini davam etdirməli, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yorulmadan çalışmalıdırlar. Bu vəzifələrin yerinə yetirilməsi gündən günə güclənən Azərbaycanın bundan sonra da öz inamlı inkişafını davam etdirməsinə imkan verəcək»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.