YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İsmayıllı rayon təşkilatının IX konfransı keçirilib

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının IX konfransı keçirilib. Konfransdan əvvəl qonaqlar və konfrans nümayəndələri İsmayıllı rayonunun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Konfransda partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş  şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyası İsmayıllı  rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova ötən dövr ərzində partiyanın gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirilib və həmin gündən Yeni Azərbaycan Partiyası qısa müddətdə yerli təşkilatlarını yaratmaqla bütün ölkənin siyasi həyatını əhatə edib: “1993-cu ilin mart ayında Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının təsis konfransı keçirilib. Hazırda YAP İsmayıllı rayon təşkilatının 8312 nəfər üzvü vardır. Onların 3116 nəfəri qadın (38 %), 3430 nəfəri gəncdir (41,3 %). YAP gənclərinin sırasında olanların 1415 nəfəri qadındır. Bu rəqəmlərdən bir daha aydın görünür ki, ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” Ölkə Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasına uzun illər Sədrlik etməsi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Sədr müavini olması bu gün YAP-ı beynəlxalq miqyasda tanınan partiyaya çevirmişdir. 25 illik  tarix mənsub olduğumuz siyasi təşkilatı qüdrətli, zəngin tərkibli, dönməz ideyalı, azadlıq istəkli, müstəqillik yollu, bütün əhali qruplarının maraqlarını ifadə edən bir siyasi təşkilat kimi tanıtmışdır.

Sonra Nəzarət-təftiş qrupunun  hesabatı  dinlənilib.

Məruzə ətrafında YAP İsmayıllı rayon təşkilatının Qadınlar Şurasının sədri Xuraman Qurbanova, İsmayıllı Peşə tədris mərkəzinin direktoru Zaur Muradov, YAP rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi Qönçə Ağazadə, İvanovka ərazi ilk partiya təşkilatının sədri  Olqa Jabina çıxış ediblər.

Konfransda  YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İsmayıllı rayon İcra  Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatlarından Novruzəli Aslanov və Şəmsəddin Hacıyev çıxış edərək partiyanın keçdiyi şanlı tarixi yoldan, ümummilli lider Heydər Əliyevin partiyaya rəhbərlik illərindən, möhtərəm Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlarından söz açıblar.

Konfransda, həmçinin təşkilati məsələlərə baxılıb. Təşkilatın 39 nəfərdən ibarət Şurası, 21 nəfərdən  ibarət  İdarə Heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib. Sevil Əhmədova YAP İsmayıllı rayon təşkilatının sədri, Məhərrəm Əhmədov, Zaur Muradov və Taleh Salehov sədrin müavinləri seçiliblər.

Sonra YAP-a yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri, partiyanın yaradılmasında və fəaliyyətində xidmətləri olan bir qrup YAP üzvünə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

 

DİGƏR Partiya xəbərləri Arxiv