YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avqust ayında Ceyhan limanından dünya bazarlarına 2,2 milyon ton Azərbaycan nefti çıxarılıb

Avqust ayında Ceyhan limanından dünya bazarlarına 2 milyon 214 min 981 ton Azərbaycan nefti çıxarılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən verilən məlumata görə, bu həcmin 1 milyon 976 min 809 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac edilən neftin həcmi 19 milyon 34 min 448 ton olub.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istismara verilən gündən cari il sentyabrın 1-dək Ceyhan limanından 252 milyon 178 min 362 ton Azərbaycan nefti dünya bazarlarına nəql edilib.